İbretamiz hekayeler - 7 Июня 2009 - Sayt Artig Fealiyetini deyandirib! Artig ishlemir
Cümə Axşamı, 2014-04-24, 10:47
Приветствую Вас Qonaq | RSS

Hammi,Bizden sonra!

Главная » 2009 » Iyun » 7 » İbretamiz hekayeler
17:29
İbretamiz hekayeler


Hərdən elə səhvlərimiz və ya səhv düşüncələrimiz olur.

Düzdü səhvsiz insan olmur amma..

Bəs bu səhvləri necə düzəldək ki,bir birimizdən sonra utanmayaq?

Sizlərə maraqlı və lazımlı hekayələr təqdim edirəm

 
 
 
 
 
 
 
 

Bir gün Şah Abbas iki ruhani vəzirlə – Şeyx Bəhai və Mir Damadla gəzintiyə çıxır.
Mir Damadın mindiyi at Şeyx Bəhainin atından azacıq geri qalırdı.
Şah Abbas öz vəzirlərini yoxlamaq qərarına gəlir. Buna görə Mir Damada yaxınlaşıb deyir:
«Görürsənmi, Şeyx Bəhai bizi saymır, özünü bizdən üstün bilir. Ona görə atını çapıb bizdən irəli düşüb».
Mir Damad Şaha belə cavab verir: «Şeyx Bəhaidə günah yoxdur. Onun atı,
belində bu cür alimi gəzdirdiyi üçün sevincdən qanad açıb uçur,
ona görə də Şeyx Bəhai bizdən irəli keçib».
Sonra Şah Abbas atını sürüb Şeyx Bəhaiyə çatır və ona belə söyləyir: «Mir Damadı görürsənmi?
Bizimlə bir sırada gəlməyi özünə ar bilir. Ona görə özünü kənara çəkib,
bizdən arxaya qalıb». Şeyx Bəhai isə belə cavab verir: «Şah sağ olsun, Mir Damadın mindiyi at,
onun elm və əxlaqının ağırlığından geri qalır. Görün, Mir Damadın atı nə böyüklükdə bir alimin yükünü çəkir.
Ona görə heç təəccüblü deyil ki, onun atı bizimkindən geri qalır».
Şah Abbas başa düşür ki, vəzirlərin ürəkləri də elmləri qədər böyükdür

 


Leysilər sülaləsinin hökmdarı Yəqub ibn Leys bir dəfə ağır xəstələnir.
Ona məsləhət görürlər ki, zəmanəsinin məşhur sufilərindən olan Səhl ibn Abdullahdan
onun barəsində dua etməsini xahiş etsin. Səhl ibn Abdullah əmirin sağalması üçün dua edir.
Yəqub ibn Leys sağalandan sonra Səhl üçün pul göndərir. Lakin Səhl ibn Abdullah pulu geri qaytarıb,
əmirə belə xəbər yollayır: «Mən indiyə kimi nə əldə etmişəmsə, sərvətlə yox, fəqirliklə əldə etmişəm.
Əgər dünya malına aludə olsaydım, heç bir duam qəbul olmazdı».

 


Bölme: Din | Baxilib: 13 | Elave etdi: talishenko | Reytinq: 5.0/1 |
Cemi Şerhler: 1
  1. | Yazdı: Fidan_7a | 06.05.2009
  

ÇOOOOOOOOOOOOOOX MARAQLIDI!!!KAŞ BÜTÜN İNSANLAR BELƏ OLAYDI.....EHHHHHHHHHHH..... sad sad
   

Категория: Islam | Просмотров: 2166 | Добавил: Bash_Admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Ad
E-mail
Təhlükəsizlik kodu:
Меню сайта
Категории раздела
Мини-чат
200
Наш опрос
Hansı rəng gözlərdən xoşunuz gəlir ?
Всего ответов: 360
Статистика

Saytda Olanlar: 0
Qonağlar: 0
İstifadeçilər: 0
Форма входа
Login:
Şifrə:
Yadda Saxla 
 
Поиск
Календарь
«  Iyun 2009  »
B.eÇ.aÇerC.aŞenBaz
1234567
891011121314
15161718192021
22232425262728
2930